SON XƏBƏRLƏR

Koronavirusla mübarizədə ön sıralarda dayanan tibb bacılarının gecikmiş maaşları ödənilmir – Urmiyada

2021.10.20, 07:36
Koronavirusla mübarizədə ön sıralarda dayanan tibb bacılarının gecikmiş maaşları ödənilmir – Urmiyada

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərində koronavirusla mübarizədə ön sıralarda dayanan tibb bacılarının gecikmiş maaşları ödənilmir.

 

Koronavirus xəstələrinə böyük risk altında xidmət göstərən tibb bacılarının əmək haqlarının vaxtı-vaxtında ödənilməməsi hər kəsdə təəccüb yaradır.

 

Urmiya və Salmas Tibb Bacıları Dərnəyinin idarə heyətinin üzvü Məsud Mücərrəd bu barədə “İlna” xəbər agentliyinə danışıb.

 

“Urmiya Tibb Universiteti xəstəxanalarındə işləyən tibb bacılarının Novruz bayramından öncədən əlavə saat və karanəyə (təşviq üçün verilən məbləğ) aid alacaqları var. Lakin universitet bu istiqamətdə hərhansı tədbir almır.”- deyə o bildirib.

 

Tibb Bacıları Dərnəyinin idarə heyətinin üzvü tibb bacılarının ötən ildən (İranda yeni il Novruz bayramında başlayır) qalan 12 ay karanə və 4 ay əlavə saata aid alacaqlarının ödənilmədiyini diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar