SON XƏBƏRLƏR

Koronavirusun yayılması Güney Azərbaycana qarşı ayrı-seçkiliyi daha açıq nümayiş etdirir

2021.10.20, 07:36
Koronavirusun yayılması Güney Azərbaycana qarşı ayrı-seçkiliyi daha açıq nümayiş etdirir

Gunaz.tv

GünAz TV: Mərkəzi hökumət tərəfindən ayrı-seçkiliyə məruz qalan Güney Azərbaycanın kənd və kiçik şəhərlərindəki yoxsulluq koronavirus pandemiyasının yayılması ilə daha açıq şəkildə görünməyə başlayıb.

 

 

Şərqi Azərbaycanın bir çox kəndində olduğu kimi, standart məktəbdən və təhsil imkanından məhrum olan Əhər bölgəsinin kəndlərində təhsil alan yoxsul azərbaycanlı uşaqlar da koronavirus pandemiyası dövründə təhsil nazirliyi tərəfindən tətbiq olunan virtual təhsildən istifadə edə bilmirlər.

 

 

Belə olan halda, azərbaycanlı müəllim Ruqiyyə Serqini internet və televizoru belə olmayan, imkansız kənd uşaqlarına karantin müddətində təhsildən geri qalmaması üçün evlərində dərs keçir. 27 illik iş təcrübəsi olan azərbaycanlı müəllim şagirdlərdən birinə dərsləri izləyə bilməsi üçün şəxsi imkanları hesabına televizor da alıb.

 

 

İranın təhsil naziri Möhsün Haci Mirzayi daha öncə ölkənin müxtəlif bölgələrində şagirdlərin  30 faizinin virtual təhsil proqramından istifadə edə bilmədiyini etiraf etmişdi.

  

 

Ü.F

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar