Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

2021-05-12 16:41

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ilin noyabrında qəbul etdiyi üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün məqamların tez bir zamanda həyata keçirilməsidir. 

Gunaz.tv Quote | Gunaz article

Biz bilirik ki, Ermənistan tərəfinin öz öhdəlikləri ilə bağlı faktiki olaraq, təxribatlar törətməsi səbəbindən bu proses, təəssüf ki, çətin gedir. Bəlkə də Lavrov bütün nüfuzundan istifadə edib və Kremlin müvafiq mesajlarını Yerevana çatdırıb ki, Ermənistan minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı ilk praktik addımları atmağa başlasın”.

Bu fikirləri Rusiya bürosuna hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Lavrovun səfəri bəyanatın müddəalarının həyata keçirilməsini və mövcud problemlərin həllini mümkün qədər sürətləndirməli idi: “İlk növbədə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında minaladığı ərazilərin xəritələrini verməsini və nəqliyyat dəhlizlərinin açılmasını təmin etmək lazımdır. Naxçıvanı Azərbaycanla birləşdirəcək Zəngəzur dəhlizinin tez bir zamanda işə başlaması vacibdir. Rusiyanın Yerevana təsir cəhdlərinin nə qədər uğurlu olduğunu, güman ki, önümüzdəki həftələrdə görəcəyik”.

“Bakıda keçirilmiş mətbuat konfransında Lavrov qeyd edib ki, Ermənistan mövcud məsələlərin həllinə ehtiyac olduğunu anlayır. O, hətta ilk praktik addımların artıq atıldığını vurğulayıb. Problemlər humanitar xarakter daşıyır. Yerevanın öz öhdəliklərini yerinə yetirmək istəmədiyini artıq müşahidə etmişik. Sergey Lavrovun Ermənistanın bu problemləri həll etməyə hazır olduğunu deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu gözləyib bilmək istərdim. İndiyə qədər heç bir praktik addım görmürük”, – o bildirib. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12