Ukrayna Baş Qərargahı: "Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib"

14.05.2022, 11:25

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 205 ədəd tankı, 2 934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 163 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 411 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib.

Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb.

Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb.

Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

2022-05-28

gun az article

Urmulu milli fəal dindirilib

2022-05-28

gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25