SON XƏBƏRLƏR

Ukrayna: Separatçılar döyüş hazırlığını artırır

2021.11.23, 23:06
Ukrayna: Separatçılar döyüş hazırlığını artırır

Gunaz.tv

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi məlumat yayıb.

Bildirilir ki, separatçıları irimiqyaslı təlimlər keçirib. Məlumata görə, bazar ertəsi başlayan təlimlərə ehtiyatda olan döyüşçülər daxildir.

Qeyd edək ki, Ukrayna və NATO ölkələri Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında hərəkətinin hücuma yol aça biləcəyindən narahat olduqlarını bildiriblər. Rusiya belə planlarının olmadığını bildirir və Ukrayna və ABŞ-ı gərginliyi artırmaqda ittiham edir.

Ukraynanın şərqində döyüşlər 2015-ci ildə atəşkəslə başa çatıb, lakin minlərlə insanın ölümünə səbəb olan münaqişə hələ də həll olunmamış qalır və müntəzəm olaraq toqquşmalar baş verir.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri ötən həftəsonu “Military Times” nəşrinə deyib ki, Rusiyanın Ukrayna sərhədləri ətrafında 92 mindən çox əsgəri var və yanvarın sonu və ya fevralın əvvəlində hücuma hazırlaşır.

Bazar ertəsi Rusiyanın xarici kəşfiyyat agentliyi mövcud gərginliyi 2008-ci ildə Rusiya qüvvələrinin qonşu Gürcüstanı darmadağın etdiyi qısa müharibə ilə müqayisə edib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar