SON XƏBƏRLƏR

Ukrayna Ontario Ali Məhkəməsində İrana qarşı iddia qaldırdı

2022.07.06, 10:31
Ukrayna Ontario Ali Məhkəməsində İrana qarşı iddia qaldırdı

Gunaz.tv

Tehranda vurulan Ukrayna təyyarəsindən sağ qalanların ailələrinin, eləcə də Kanada hökumətinin İrana qarşı iddiasından sonra Ukrayna Beynəlxalq Hava Yolları da bununla bağlı iddia qaldırıb.

Şikayət sənədinə əsasən, Ukrayna Beynəlxalq Hava Yolları bu ilin əvvəlində Kanadanın Ontario Ali Məhkəməsinə təqdim etdiyi rəsmi şikayətində İran İslam Respublikası və İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) bu işdə iki müttəhim kimi göstərib.

2022-ci il yanvar tarixli bu sənədə əsasən, Ukrayna aviaşirkəti İrandan həmdə təzminat tələb edib.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Lakin beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanları 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

Ontario Ali Məhkəməsi ötən ilin aprel ayından etibarən çıxardığı qərarda Ukrayna sərnişin təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəsdən vurulduğuna və bunun terror aktı hesab edildiyinə qərar verib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar