Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04 13:03

"Sepah" terror təşkilatının yanvar ayının 8-də vurduğu Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı Kanadanın "CBC" televiziyası səs yazısı yayıb.

Gunaz.tv Quote | Gunaz article

91 dəqiqəlik həmin faylda hadisə qurbanlarından biri ilə danışan İran Aviasiya Təşkilatının qəzalarla bağlı iş şöbəsinin müdiri Həsən Rzayifər bildirir ki, həmin gün "Sepah"ın Amerika bazalarına hücum planının aşkarlanmaması üçün Tehran səması uçuşlara qapadılmamışdı. 


Martın 7-də baş tutmuş həmin danışıq zamanı Rzayifər həmin anda Ukrayna təyyarəsinin uçuş vaxtının təxirə salınmasının digər uçuşların ləğv edilməsinə səbəb ola biləcəyindən, belə qərarın qəbul edilmədiyini deyib. 


Onun sözlərinə görə, hadisədən həmin gün səhər saat 06:30 radələrindən xəbər tutub. Dərhal "Sepah"la əlaqə saxlayıb, qurumun Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə ilə danşıb. Ondan təyyarənin raketlə vurulması ilə bağlı soruşduğu suala Hacızadə "bəli" deyib. 


"CBC" qeyd edir ki, səs faylın qəbul etdikdən 1 gündən az bir müddət sonra Həsən Rzayifərin məsələ ilə əlaqədar fikrini öyrənməyə çalışıb. Lakin onun Ukrayna təyyarəsinin vurulması ilə bağlı başladılmış təhqiqat prosesindəki vəzifəsindən çıxarıldığını, əvəzinə başqa rəsminin təyin edildiyini öyrənib. Lakin İran rəsmi olaraq Rzayifərin prosesdən uzaqlaşdırıldığı və yerinə digər şəxsin təyin edildiyi barədə məlumat yaymayıb. 


Reportajın yayılmasından sonra təyyarədə həyat yoldaşı və qızını itirən Həmin İsmayiliyun"Twitter" hesabında məlumatların İranın Mülki Aviasiya Təşkilatının baş vermiş hadisəni gizlətməkdə "Sepah"a kömək etdiyini göstərdiyini yazıb. 


Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01

gun az article

Tehranda son 2 həftədə koronavirusa yoluxanların əksəriyyəti gənclərdir

2020-08-01

gun az article

Ağ Ev: "İran hökuməti sülh və təhlükəsizliyi təhdid etməyi dayandırmayana qədər sanksiyalar davam edəcək"

2020-08-01

gun az article

İranda növbəti dəfə yanğın baş verib

2020-07-31

gun az article

GünazTV July.31.2020: Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

2020-07-31

gun az article

İranın Rəşt və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

2020-07-31

gun az article

Ağdamda 2 ədəd İran istehsalı minaatan mərmisi aşkarlanıb - FOTO

2020-07-31

gun az article

Xamneyi: "Amerika ilə müzakirəyə qarşıyam"

2020-07-31

gun az article

İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-31