SON XƏBƏRLƏR

Ukrayna BMT və Qırmızı Xaçdan Yelenovkadakı əsirlərin ölümünü araşdırmağı tələb edir

2022.07.31, 05:09
Ukrayna BMT və Qırmızı Xaçdan Yelenovkadakı əsirlərin ölümünü araşdırmağı tələb edir

Gunaz.tv

Qırmızı Xaç təxliyə və yaralılara kömək üçün həbsxanaya daxil olmağa çalışdığını  bildirir.  

Cümə günündən bəri Ukrayna və Rusiya bir-birini Yelenovkada Ukrayna əsirlərinin saxlanıldığı həbsxanaya hücumda ittiham edirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib ki, BMT və Qırmızı Xaç təslim olmuş ukraynalı hərbçilərin həyat və sağlamlığının qorunmasının təminatçısı kimi Yelenovka faciəsinə dərhal reaksiya verməlidir. 

"Bunun planlaşdırılmış cinayət olduğuna dair kifayət qədər dəlil var. Bu, Rusiyanın terrorçu dövlət olduğunun növbəti təsdiqidir".  

O, Birləşmiş Millət təşkilatı (BMT) ilə Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) bölgəyə “təftiş missiyası” göndərməyə çağırıb.  

Qırmızı Xaç hadisə yerinə giriş əldə etməyə çalışdığını bildirir: “İndi bizim prioritetimiz yaralıların həyatını xilas edən müalicəni vermək və ölənlərə ləyaqətli rəftarı təmin etməkdir”.

Nə baş verib?
Rusiyayönlü “Donetsk Xalq Respublikası”nın nəzarətində olan Yelenovkada baş verənlərlə bağlı Rusiya və Ukrayna arasında bəyanatlar mübadiləsi davam edir.  

Yelenovkada saxlanılan əsirlər arasında Mariupolu müdafiə edərkən əsir götürülən Azov batalyonunun döyüşçüləri də olub ki, Rusiya onları “neonasist” hesab edir.  

Özünün müstəqilliyini elan etmiş “Donetsk Xalq Respublikasının sözçüsü” Daniil Bezsonov bildirib ki, “əsirlərin olduğu” binaya zərbə endirilib.  

Rusiya Müdafiə Nazirliyi ərazinin ABŞ-ın Ukraynaya verdiyi HIMARS sistemi ilə vurulduğunu deyib. RİA Novosti agentliyinin müxbiri hətta hadisə yerində tapıldığı iddia edilən raket hissələrinin görüntüsünü yayıb.

Ukrayna hesab edir ki, hücum əsirlərə işgəncə verilməsi də daxil, qanun pozuntularını təsdiqləyən sübutları ört-basdır etmək üçün həyata keçirilib.  

Ukrayna Təhlükəsizlik Xidməti “iki DXR" silahlısı arasında aparılan söhbətin yazısını yayıb. Onlardan biri iddia edir ki, həbsxanaya əvvəlcədən partlayıcı qurğu qoyulub.

Ukrayna Prezident Aparatı rəhbərinin ştatdankənar müşaviri Aleksey Arestoviç yanğın üzrə ekspertlərə istinadən bildirib ki, görüntülərdəki yanmış cəsədlər raket hücumu ilə ətrafa səpələnməli idi. Buna görə o, həbsxananın yandırıldığını bildirir.

Bunun ardınca Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, partlayışı Rusiyanın “Vaqner” özəl hərbi şirkət qrupunun muzdluları həyata keçirib. Onların məqsədi həbsxanadakı "yeyintiləri" gizlətmək olub.

Ukraynanın yeni Baş prokuroru Andriy Kostin hadisə ilə bağlı hərbi cinayətlər üzrə araşdırmanın başladığını bildirib. (bbc)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar