SON XƏBƏRLƏR

Ukraynalı politoloq: “Putinə atəşkəs yeni hücuma hazırlaşmaq üçün lazımdır”

2023.01.06, 17:19
Ukraynalı politoloq: “Putinə atəşkəs yeni hücuma hazırlaşmaq üçün lazımdır”

Gunaz.tv

Bunu açıqlamasında ukraynalı politoloq Yuri Rayxel deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında vasitəçi olmaq üçün yalnız bir variantı var, çünki Qərb liderləri Putinlə dialoq qurmayacaq: “Çinlə danışıqlar isə açıq şəkildə göstərdi ki, bu ölkə nə Ukraynaya, nə də Rusiyaya xüsusi dəstək vermədən münaqişədən uzaq durmaq istəyir.

Hindistanın hazırda Ukraynadakı müharibə yadına da düşmür, onun Pakistan və Çinlə daxili və xarici problemləri çoxdur. 

Ona görə də Ərdoğan indi rəsmi Moskvanın danışa biləcəyi və rəsmi Kiyevin qulaq asacağı yeganə şəxsdir. Türkiyə vasitəçilik təcrübəsindən istifadə edərək Rusiyaya atəşkəs ideyasını təklif edib və bununla da Putinin çox maraqlı olduğu gələcək danışıqlara doğru addım atıb”.

Ekspertin fikrincə, Kiyevin atəşkəsə razı olmayacağı dərhal bəlli olub: “Bu atəşkəs siyasi pərdədən başqa bir şey deyil. Ukraynaya isə bu lazım deyil”.

Y.Reyxel bunu onunla izah edir ki, istənilən barışıq Rusiya üçün faydalıdır: “Onlar hazırda Donbasda, Zaporojyedə qərbli və ukraynalı ekspertlərin fikrincə, fevral-mart ayları üçün hazırlanan mümkün Ukrayna hücumunun qarşısını almaq üçün müəyyən ehtiyatlar toplamağa çalışır. 

Ona görə də sırf hərbi baxımdan Ukraynanın bu atəşkəsə ehtiyacı yoxdur. Təşəbbüsü düşmənə verməyə ehtiyac yoxdur, çünki bu, döyüş əməliyyatlarının uğurlu aparılmasında ən vacib amillərdən biridir. 

Ukrayna niyə bunu etməlidir ki?! Putin öz şərtləri ilə atəşkəs istəyir, onlardan biri də Ukrayna ərazilərinin bir hissəsini işğal altında saxlamaqdır. Lakin Ukrayna öz torpağının bir qarışını belə Rusiyaya verməyəcək”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. 

Ukrayna tərəfi bu təklif rədd edib, bunu Rusiyanın texnika, sursat və hərbi personalı Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yaxınlaşdırmaq niyyəti kimi qiymətləndirib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar