SON XƏBƏRLƏR

Oktyabrın 11-i gecə İran şəhərlərində nümayişlər davam edib

2022.10.12, 06:25
Oktyabrın 11-i gecə İran şəhərlərində nümayişlər davam edib

Gunaz.tv

Nümayişlərdə gənclərin və orta məktəb şagirdlərinin geniş iştirakı diqqət çəkib.

Tehran, İsfahan, Sənəndəc, Bəndər Abbas, Qum və Saqqız, Məşhəd, Banə və başqa şəhərlərdə baş tutan aksiyalarda hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, nümayişçiləri həbs etmək üçün vətəndaşların mənzillərinə basqın edib.

İranın cənubunda yerləşən Hormozqan əyalətinin Bəndər Abbas şəhərində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Bəsic qüvvələrinin bazalarından biri yandırılıb.

Bununla yanaşı onlarla şəhərin məktəblərində şagirdlər dərsləri dayandırıb, məktəb və ətraf küçələrdə Xameneyi əleyhinə şüarlar səsləndirib. Narazılar Ruhullah Xomeyninin və Əli Xameneyinin fotolarını yandırıblar.

Onlarla insanın həbs edildiyini bildirən İran İnsan Haqları Təşkilatı onların kimliklərinin dəqiqləşdirilməsinə çalışdıqlarını yazıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar