SON XƏBƏRLƏR

İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib

2022.10.25, 02:19
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib

Gunaz.tv

Hökumət qüvvələri Tehran şəhərinin Sədr orta məktəbinə hücum edib, ətraf evlərə odlu silahdan atəş açıblar.

Təbriz, Tehran, İsfahan, Sənəndəc, Şiraz, Həmədan, Dezful və başqa şəhərlərdə keçirilən nümayişlər zamanı hökumət məmurları etirazçılara qarşı zor tətbiq edib, gözyaşardıcı qazdan istifadə ediblər.

Orta məktəb şagirdlərinin aksiyalara qoşulduğu üçün hökumət məmurları bir neçə məktəbə girib, şagirdləri döyüb və onlardan bir neçəsini həbs ediblər.

Tehranda qızların "Sədr" peşə məktəbinə basqın edən polis və mülki geyimli təhlükəsizlik qüvvələri qız şagirdlərə qaşı zor tətbiq edib, onların məktəbdən çıxmalarının qarşısını alıblar.

Bir neçə qız şagirdin ağır döyüldüyünü bildirən insan haqları təşkilatlarının nümayəndələri, onlardan bir neçəsinin xəstəxanaya köçürüldüyünü, Səna Süleymani adlı şagirdin isə durumunun ağır olduğunu bildiriblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar