SON XƏBƏRLƏR

Oktyabrın 26-da İranda kütləvi nümayişlərə çağırış edilib

2022.10.24, 20:37
Oktyabrın 26-da İranda kütləvi nümayişlərə çağırış edilib

Gunaz.tv

"Tehran Məhəllələrinin Gəncləri" qrupu oktyabrın 24-də yaydığı bildirişdə 26 oktyabr, Məhsa Əmininin öldürülməsinin qırx günü münasibətilə bütün şəhərlərdə kütləvi etiraz aksiyalarına ğağırıb.

Bildirişdə qeyd olunan tarixdə saat 11-də Tehran məhəllələri və İranın başqa şəhərlərində etiraz aksiyalarının keçiriləcəyi qeyd edilib.

Bununla yanaşı ondan sonrakı tarixlərdə də, saat 15:00-dan başlayaraq Tehran hökkumətinə qarşı nümayişlərin keçirilməsinə hazırlıq görüldüyü bildirilib.

Qeyd edək ki, Tehran Məhəllələrinin Gəncləri qrupu xüsusilə paytaxtda keçirilən nümayişlərdə aktivliyi ilə seçilir.

Bu qrup bundan öncə yaydığı 11 çağırışda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına və təsirli aksiya keçirməsinə nail olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar