SON XƏBƏRLƏR

Hökumət məmurları milli fəal Əkbər Muhacirinin evinə basqın edib

2021.12.02, 08:08
Hökumət məmurları milli fəal Əkbər Muhacirinin evinə basqın edib

Gunaz.tv

Bu barədə Təbrizdə yaşayan milli-mədəni fəalın yaxınları məlumat verib. 


Hal-hazırda ölkədən xaricdə olduğu üçün Muhacirini həbs edə bilməyən məmurlar onun ailəsini təhdid edib və onlardan fəalın yaxın bir neçə gün içində geri qayıdaraq Qərarların İcrası İdarəsinə müraciət etməsini tələb ediblər.


Əkbər Mühaciri 2019-cu ilin noyabr etirazları zamanı özünün şəxsi mənzilində  ETTELAAT qüvvələri tərəfindən zorakılıqla və heç bir məhkəmə hökmü olmadan həbs edilib.


O, iki ay müddətinə ETTELAAT-ın təcridxanasında işgəncələrə məruz qalaraq dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb.


Milli fəal “İctimai asayişi pozmaq”da ittiham olunaraq 1 il həbs və 74 zərbə şallaq, 10 milyon tümən maddi cəzaya məhkum olunub.


Bununla yanaşı o, İnqilab Məhkəməsinin 2-ci bölməsi tərəfindən “GAMAC” təşkilatına üzv olmaqda günahlandırılaraq 3 il həbs cəzasına məhkum edilib.


Son ittihamla bağlı o etirazını bildirdiyi üçün Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi onun işinə yenidən baxaraq, cəzanı 6 aya endirmək barədə qərar verilsədə. ETTELAAT-ın təzyiqləri nəticəsində 3 il həbs cəzası yenidən qüvvədə saxlanıldı.


C.E    

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar