SON XƏBƏRLƏR

Kürd geyimi Qərbi Azərbaycanın milli geyimi kimi göstərilib – dərsliklərdə

2021.10.20, 07:36
Kürd geyimi Qərbi Azərbaycanın milli geyimi kimi göstərilib – dərsliklərdə

Gunaz.tv

GünAz TV: İranda Təhsil Nazirliyi siyasətə, siyasət isə kürd terror qruplaşmaları kimi təxribatçı qüvvələrin alətinə çevrilib.


Məlumata görə, Təhsil Nazirliyi terror qruplaşmalarının Qərbi Azərbaycanın kürdləşdirilməsi planına uyğun olaraq bölgəni Kürdistan kimi təqdim edib. Bunu dərsliklərdə dərc olunan xəritədə görmək mümkündür.


GünAz TV mətbuat mərkəzinə göndərilən görüntüdə İran xəritəsi üzərində hər bölgənin öz milli geyimi göstərilib, Qərbi Azərbaycan Əyalətinin yerləşdiyi yerdə isə Azərbaycanın milli geyimi deyil, kürd geyimi əks olunub. Kirmanşah və Kürdistan kimi əyalətlərin milli geyimləri ümumiyyətlə göstərilməyib.

 


Azərbaycanın əzəli torpaqlarını məktəblilərə bu şəkildə təqdim etmək çübhəsiz ki, çox təhlükəli məqsədlərə hesablanıb.


Rəsmi orqanlar bu kimi hərəkətləri ilə terror qruplaşmaları və radikal kürdlərin Azərbaycana qarşı gülünc ərazi iddialarına tarixi və hüquqi əsas yaratmağa çalışır. Onlar həmçinin müxtəlif vasitələrdən istifadə edərək bölgə əhalisini məntəqənin vaxtı ilə Kürdistan olduğuna inandırmağa cəhd edirlər. Bu inam Azərbaycan gənclərinə fərqli şəkildə təsir etsə də, radikal kürd qruplaşmalarını daha çox cinayət törətməyə sövq edir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar