SON XƏBƏRLƏR

Kürəkən qaynanası və qaynını qətlə yetirib – Xoy şəhərində

2021.10.20, 07:36
Kürəkən qaynanası və qaynını qətlə yetirib – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində dəhşətli qətl hadisəsi baş verib.


Məlumata görə, bir ailənin kürəkəni ailə münaqişəsi zəminin qaynanası və 13 yaşlı qaynını ağac dəyənəyi ilə döyərək qətlə yetirib.


Bu barədə Qərbi Azərbaycan Polis İdarəsinin rəis müavini Əli İbrahimi dünən “İrna” xəbər agentliyinə danışıb.
“Hadisə ilə bağlı bir gün əvvəl Polis İdarəsinə məlumat daxil oldu. Bundan dərhal sonra əməliyyat-axtarış tədbirləri həyata keçirildi. Hadisəni törədən şəxs qaçmışdır, lakin həmin gün polis tərəfindən saxlanıldı”- deyə o bildirib.


Polis İdarəsi rəsmisinin sözlərinə görə, şübhəli qismində saxlanılan şəxs qətl törətdiyi və evdəki qızılları oğurladığını etiraf edib. Hadisə ailə münaqişəsi zəminində baş verib.


Şübhəli, Polis İdarəsində dosye təşil olunduqdan sonra məhkəməyə göndəriləcək.


Güney Azərbaycanda dövlətin tətbiq etdiyi ayrı-seçkilik siyasəti nəticəsində ictimai vəziyyət getdikcə gərginləşir. Bölgədə vaxtı ilə az sayda baş verən qətl hadisələrinə indi tez-tez rast gəlinir. İqtisadi gərginlik, işsizlik və narkomaniyanın geniş yayılmasından dolayı bir çoxlarında psixoloji gərginlik yaranıb. Bu vəziyyətdən ailələr də öz payını alıb. Son vaxtlar Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində qətl hadisələri ilə yanaşı intihar faktlarına da tez-tez rast gəlinir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar