GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Ukrayna parlamenti SEPAH-ı terror təşkilatı elan edə bilər
Ceyhun Bayramov: "Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır"
Ərdoğan Zelenski ilə danışdı
Təbrizlə bağlı çarx fars şovinistlərini qəzəbləndirdi
Qəzvində un və çörək qıtlığı yaranıb
Məşhəddə daha bir molla bıçaqlandı
BMT Ukraynaya yardım etməyə çağırıb
Qərbi Azərbaycanda minlərlə sinif otağı qəzalı vəziyyətdədir
Ukrayna ordusu Baxmut istiqamətində hücuma keçib
Sanksiyalardan yayınan İran 2 təyyarə alıb
Lermontov dostu Rayevskiyə Qafqazdan göndərdiyi məktubda yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir.
Lermontovun yaşca böyük müasiri Bestujev-Marlinski də eyni fikri söyləyərək vurğulayırdı ki, fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar.
Azərbaycan dilinin Cənubi və ümumilikdə Qafqazda üstünlüyü 17-ci əsrə qədər davam etdi. Belə ki, 18 və 19-cu əsrlər də daxil olmaqla, Rusiya Qafqazı zəbt etməyə başladı. Bununla da regionda azərbaycan türkcəsinə maraq azaldı…
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, yeni dövür və tələbləri başqadır.
Onun sözlərinə görə, bu gün regionda Azərbaycan dilinin nüfuzu güclənir:
“Rus dili də müəyyən həddə qədər özünü qoruyub saxlayır. Azərbaycanın regionda nüfuzu artdıqca, azərbaycan dilinə maraq da artır. Bu gün regionda 3 dil mübarizə aparır: azərbaycan, rus və ingilis dilləri. Qafqazda gürcü və erməni dillərinə qarşı heç vaxt maraq olmayıb. Azərbaycan dilinin üstünlüyü ondadır ki, yerli dildir. İngilis dili isə beynəlxalq dil kimi nüfuzludur. Rus dili yerli dil deyil.
Sadəcə tarixi ənənəsi olan, sovet dövründən qalan, Rusiyanın təsiri ilə regionda Azərbaycan dilini sıxışdıran bir dildir”.
Akademik bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi həm regionda söz sahibi olmağımıza, həm də dilimizin gələcəkdə yenidən öz qüdrətini bərpa etməsinə dəstək oldu:
“Demək olar ki, Azərbaycan dilinin regionda möhkəmlənməsi üçün proses artıq başlayıb. Ermənistan Qarabağı zəbt edəndə belə, regionda ermənin dilinin nüfuzu təbbi ki, artmadı. Sadəcə süni şəkildə ermənilərin “məğlubedilməzliyi” obrazı yaradılmışdı.
Bu obrazın süni şəkildə yaradıldığı hər kəsə məlum idi və elə ona görə də heç kim erməni dilini öyrənməyə maraq göstərmədi”.
“Azəbaycanın regionda və dünyadakı uğuru dilimizə ona görə maraq yaratdı ki, bu bizim təbii haqqımızdır. Elə ermənilərin özü uzun müddət azərbaycanca danışıblar. Hətta məclislərində belə azərbaycan dilində dastan deyiblər. Külli miqdarda belə faktlar var”, - deyə akademik bildirib. (modern.az)
Ayxan
Ukrayna parlamenti SEPAH-ı terror təşkilatı elan edə bilər
Ceyhun Bayramov: "Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır"
BMT Ukraynaya yardım etməyə çağırıb
Sanksiyalardan yayınan İran 2 təyyarə alıb
"Traxtur" Çempionlar Liqasında oynayacaq
“Agentliklə tam əməkdaşlıq etməlidir”- Direktorlar Şurasından İrana tələb
"Onlara ağır zərbə endirəcəyik"-Müdafiə nazirindən İrana xəbərdarlıq
İsveç PKK tərəfdarını Türkiyəyə verəcək-Məhkəmə qərar çıxardı
Almaniya Müdafiə Nazirliyi Ukraynaya 20 BMP göndərəcək
İranda gənclər dini təhsil almaqdan imtina edir
İranın rəsmi televiziyasında anti-Ərdoğan təbliğatı: "Azərbaycanın mövqeyi güclənəcək"-VİDEO
Güneydə Urartu dövrünə aid Yaldur qalası məhv edilir-VİDEO
“Sözümüz”də müzakirə: “Dil dərsi, sel dərdi”-VİDEO
“Hüseyniyyun” Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirəcək
“Azərbaycan sərhəddə yeni əməliyyatlara başlaya bilər”-Politoloq
Təbii fəlakətdən sonra Germi və Biləsuvarda çörək qıtlığı yaranıb
"Urmu gölünə ayrılmış vəsait mənimsənildi"-Tanınmış sənətçi hökuməti ifşa etdi-VİDEO
İran rejimi bəluçlara qarşı amansız repressiyalara hazırlaşır
“Körpü” verilişində müzakirə: “İranın Azərbaycanla bitməyən savaşı”- VİDEO
Berdiməhəmmədov Əli Xameneyi ilə görüşüb