SON XƏBƏRLƏR

"Tehran Cənubi Qafqaz böhranına müdaxilə edir"-Əl-Ərəbiyyə"

2022.10.21, 10:01
"Tehran Cənubi Qafqaz böhranına müdaxilə edir"-Əl-Ərəbiyyə"

Gunaz.tv

Qeyd edək ki. İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycan Respublikası ilə sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlimdən sonra Ermənistana səfər edib.

SEPAH-a bağlı “Fars” xəbər agentliyi oktyabrın 20-də bu xəbəri açıqlayarkən yazıb ki, Əmir Abdullahyan Azərbaycan-Ermənistan sərhəddinə yaxın bölgədə yerləşən Qafan şəhərində İranın baş konsulluğunu açmaq üçün bu ölkəyə səfər edib. 

İranın Ermənistan ərazisində və mübahisəli bölgədə yeni baş konsulluq açması, bu ölkənin əvvəllər Azərbaycan Respublikası və Türkiyəni Ermənistanla quru sərhədinin saxlanmasının Tehranın “qırmızı xətti” olduğunu yenidən vurğulaması ilə eyni vaxta təsadüf edir.

"Əl-Ərəbiyyə" xəbər agentliyi İranın bu hərəkətini, Araz qırağında hərbi təlimlər keçirməsini, Ukraynaya qarşı müharibədə Rusiya əlbir olmasını həm də rejimin daxildə baş verən və hakimiyyətin devrilməsi təhlükəsini reallaşdıran böhrandan diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar