SON XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri qazilərlə görüşüb

2021.11.03, 15:26
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri qazilərlə görüşüb

Gunaz.tv

Bu barədə agentlikdən məlumat verilib.

O, qaziləri salamlayaraq 44 günlük Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə onlara minnətdarlığını bildirib. A.Quliyev qazilərə hədiyyələr təqdim edib.

Sonra Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, rayon və şəhərlərimizin azad olunmasında xüsusi igidlik və mərdlik nümayiş etdirdiklərinə görə müxtəlif medallarla təltif edilən Cavid Həsənov, Rəcəb Novruzov, Xankişi Yusifov və Çingiz Qədimov onlara göstərilən diqqətə görə agentliyin rəhbərliyinə təşəkkür ediblər.

Görüşdə agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və agentliyin icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Emil Çaparlı iştirak ediblər. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar