SON XƏBƏRLƏR

“Əl Cəzirə” Füzulidən reportaj hazırladı - VİDEO

2021.11.21, 20:47
“Əl Cəzirə” Füzulidən reportaj hazırladı - VİDEO

Gunaz.tv

Telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli sakini, müəllim Zamin Həziyev işğaldan azad edilmiş bu rayonda məktəblərin fəaliyyətindən bəhs edib.

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və Füzuli Beynəlxalq Aeroportunun meneceri Zaur Qasımov telekanala müsahibələrində Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat veriblər.

Reportajda, həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri də əks olunub. 

Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır. (modern.az)

 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar