SON XƏBƏRLƏR

İlam zindanında məhbus baxımsızlıqdan həyatını itirib

2022.02.12, 11:54
İlam zindanında məhbus baxımsızlıqdan həyatını itirib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, 3 il bundan öncədən İlam zindanında saxlanılan İbrahim Cohəri tibbi müalicəsinə icazə verilmədiyi və dərman preparatları tapa bilmədiyi üçün həyatını itirib.

Məlumatda 55 yaşlı Cohərinin xəstə olduğu müddətdə müayinə və müalicə ilə balı zindan rəhbərliyinə etdiyi müraciətlərə cavab verilmədiyi qeyd olunub.

Hüquq müdafiəçiləri İbrahim Cohərinin ailəsindən ayrıldığı və nəzərdə tutulan kmpensasiyanı ödəyə bilmədiyi üçün həbs cəzasına məhkum edildiyini bildiriblər.

Hüquq müdafiəçilərinin dediyinə görə, fevralın 11-i durumu dahada pisləşən məhkumun zindandan qıraqda xəstəxanaya köçürülməsinə icazə verilməyib.

O, zindanın tibb məntəqəsinə yerləşdirilib və heç bir tibbi müdaxilə olmadan orada iki saat saxlanıldıqdan sonra həyatını itirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar