SON XƏBƏRLƏR

Laricani: “Ölkə lideri göstəriş verib ki, 4 ay ərzində ölkənin müxtəlif qurumlarının quruluşunda islahatlar aparılsın”

2021.10.20, 07:36
Laricani: “Ölkə lideri göstəriş verib ki, 4 ay ərzində ölkənin müxtəlif qurumlarının quruluşunda islahatlar aparılsın”

Gunaz.tv

GünAzTV: Fevralın 6-da Qum şəhərində keçirilən bir tədbirdə çıxış edən İran parlamentinin sədri Əli Laricani dini lider Əli Xamneyinin dövlətin müxtəlif qurumlarının quruluşunda dəyişikliklər edilməsi ilə bağlı verdiyi yeni göstərişindən danışıb.

 

Xamneyinin göstərişinin detallarını açıqlamayan Laricani deyib ki, ölkə liderinin göstərişi 4 ay ərzində yerinə yetirilməlidir: “Ölkə lideri göstəriş verib ki, qarşıdan gələn 4 ay ərzində ölkənin müxtəlif sahə və qurumlarının quruluşunda islahatlar aparılmalsın. Bu islahatlar ola bilsin ki, ölkə büdcəsinə düzəlişlər edilməsinə də şamil ediləcək. Elə buna görə də, hesab edirəm ki, hazırkı vəziyyətdə ölkəmizin bütün rəsmilərin birgə əməkdaşlığına və mövcud durumu lazımınca dəyərləndirib, yaxşı dərk etməsinə ehtiyacı var”.

 

Laricaninin ölkə quruluşunda islahatlar aparılması ilə bağlı bu yarımçıq açıqlamasının yayılması ölkənin siyasi dairələrində geniş əks-səda doğuraraq, müxtəlif təhlillərin yayılmasına səbəb olub.

 

Deputat İzzətullah Yusifiyan Molla

 

Lakin xəbərin yayılmasından az sonra İran parlamentinin deputatı İzzətullah Yusifiyan Molla jurnalistlərə açıqlamasında deyib ki, mediada Xamneyinin göstərişi düzgün işıqlandırılmayıb: “Dini liderin göstərişi yalnız ölkə büdcəsini təyin edən sistemdə islahatlar aparılması ilə bağlıdır və bunun digər məsələlərə heç bir aidiyyəti yoxdur”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar