SON XƏBƏRLƏR

Lavrov Paşinyanın Qarabağla bağlı fikirlərinə münasibət bildirib

2021.10.20, 07:36
Lavrov Paşinyanın Qarabağla bağlı fikirlərinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir. Bu, ən optimal variantdır. O ki qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, Dağlıq Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danışıqlar iki tərəf arasında aparılıb".

 

APA-nın yaydığı məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

 

"Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq", - deyə Lavrov qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar