SON XƏBƏRLƏR

Kəlbəcərdə şəhid olan hərbçi ilə Tovuzda vida mərasimi keçirilir

2022.01.12, 12:23
Kəlbəcərdə şəhid olan hərbçi ilə Tovuzda vida mərasimi keçirilir

Gunaz.tv

Şəhid hərbçinin cənazəsi Tovuzun Bozalqanlı kəndində yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edir.

24 yaşlı şəhid əsgər kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar