SON XƏBƏRLƏR

Öldürülən güneyli gənc Cavad Heydərinin qardaşlarına həbsxanada təzyiq göstərilir

2022.12.03, 11:56
Öldürülən güneyli gənc Cavad Heydərinin qardaşlarına həbsxanada təzyiq göstərilir

Gunaz.tv

Bu vəziyyətə etiraz olaraq Məhəmməd Heydəri noyabrın 23-dən aclıq aksiyasına əl atıb və onun sağlıq durumunun ağır olduğu bildirilir.

Heydəri ailəsinə yaxın şəxslər təhlükəsizlik məmurlarının onların evinə bir neçə dəfə basqın etdiklərini və axtarış apardıqlarını deyirlər.

Məhəmməd Heydəri noyabrın 16-ı, Höccət Heydəri isə noyabrın 22-də saxlanılaraq həbsxanaya köçürülüblər.

Qeyd edək ki, Cavad heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə, ailəyə qarşı təzyiq göstərilir.

Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar