SON XƏBƏRLƏR

Kəleybərdə milli fəal həbs edilib

2022.06.29, 03:00
Kəleybərdə milli fəal həbs edilib

Gunaz.tv

Güneyli fəallar Mahmudinin iyunun 21-də saxlanıldığını bildirib.

Məlumata görə, onun saxlanmasından bir neçə gün sonra məlumat əldə edə biliblər.

Xəbərdə təhlükəsizlik idarəsindən milli fəalın saxlanma səbəbləri ilə bağlı məlumat verilmədiyi bildirilir.

Lakin onun Babək qalasına illik yürüşə hazırlıq işlərinə görə həbs edildiyi ehtimal olunur.

Mahmud Mahmudi bundan öncə də Babək qalasına yürüş mərasimlərinə görə, təhlükəsizlik idarəsi tərəfindən çağırılıb və həbs edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar