SON XƏBƏRLƏR

Bölgədə İran təhlükəsinə qarşı müdafiə sistemi qurulur

2022.03.30, 10:25
Bölgədə İran təhlükəsinə qarşı müdafiə sistemi qurulur

Gunaz.tv

Məlumatda İsrailin Hərbi Hava Qüvvələrinin qeyri-rəsmi hesabatına əsasən Tel-Əvivin tezliklə Yaxın Şərq ölkələri ilə hərbi koalisiya yaratmaq üçün müqavilə imzalaya biləcəyi qeyd olunub.
 
Hava hücumundan müdafiə koalisiyasının yaradılması üçün birgə əməkdaşlıq fürsəti İsrail ilə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla ərəb ölkələri arasında münasibətlərin normallaşmasına dair razılaşmadan sonra yaranıb. 
 
İsrailin hərbi rəsmilərinin fikrincə, koalisiyanın mühüm üstünlüyü ondan ibarətdir ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn coğrafi baxımdan İranın dəstəklədiyi yaraqlıların fəaliyyəti üçün mühüm mərkəz olan İran və İraqa yaxındır. 
 
Xatırladaq ki, ötən günlərdə İsrailin xarici işlər naziri ölkəsinin bölgənin ərəb ölkələri ilə əlaqələrinin möhkəmlənməsinin İranı vahiməyə saldığını bildirmişdi.

Bununla yanaşı  martın 22-də İsrailin baş naziri Naftali Bennet, Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi Məhəmməd bin Zayed Əl-Nəhyan və Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyxdə görüşüblər.

Bu görüşlərin Tehran və Vaşinqton arasında gözlənilən razılaşma, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ağ Ev tərəfindən terrorçu qruplar siyahısından çıxarılması ehtimalını müzakirə etməklə yanaşı, İran təhlükəsinə qarşı İsrail və ərəb ölkələrindən ibarət hərbi koalisiyanın yaradılması məsələlərinin müzakirəsi olduğu bildirilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar