SON XƏBƏRLƏR

"İlham Əliyev digər dünya liderlərinin bacara bilmədiyini bacardı" - Sabiq Prezident

2021.11.09, 09:20
"İlham Əliyev digər dünya liderlərinin bacara bilmədiyini bacardı" - Sabiq Prezident

Gunaz.tv

Bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev bildirib ki, Azərbaycan ordusu Ermənistanın hərbi gücünü demək olar ki, məhv etdi:

“Azərbaycan ordusu bundan da artığını edə bilərdi, daha da irəli gedə bilərdi, lakin qarşı tərəfə şans vermək üçün dayandı. Azərbaycan ordusu çox çevik hərəkət etdi və öz vəzifəsinin öhdəsindən layiqincə gəldi”.

Sabiq prezident vurğulayıb ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədi və ədalətsizlik davam edirdi:

“Bu gün biz çox qürur duyuruq ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı bu ədalətsizliyi aradan qaldırmağı, uzun müddətli bir münaqişəni beynəlxalq qanunlar və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll etməyi bacardı. Biz Azərbaycanı təbrik edirik.

Bu gün dünyada çoxlu sayda donmuş münaqişələr var. Azərbaycan öz ərazisində donmuş münaqişəni həll etməklə qlobal baxımdan çox əhəmiyyətli bir iş gördü və hər kəs üçün yaxşı bir nümunə göstərdi”.

R.Plevneliev bildirib ki, Azərbaycan Ermənistanla gələcək sülh razılaşması üçün əsaslar yaradıb:

“Gec-tez sülh razılaşması əldə edilməlidir. Biz Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə geri dönməyə, qanunlara əsaslanan yanaşma nümayiş etdirməyə, Azərbaycanla əməkdaşlıq etməyə çağırırıq”.

O əlavə edib ki, bu münaqişənin həll edilməsi regionun inkişafı üçün yeni imkanlar yaradıb:

“Biz Qarabağdakı dağıntıları gördük, bir ev belə salamat qalmayıb. Ermənilərin məscidləri, mədəni irsi, evləri tamamilə dağıtması heç bir ədalətə sığmır. Lakin indi Azərbaycan həmin əraziləri modernləşdirir, yeni yollar çəkir, şəhərlərin yeni baş planlarını hazırlayır. Biz yeni şəhərlər görəcəyik. Qarabağ üçün çətin günlər arxada qalıb. İndi Qarabağı müasirləşmə, inkişaf və sülh gözləyir”. (trend.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar