SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

2022.05.28, 12:06
İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

Gunaz.tv

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

“Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. 

Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar