SON XƏBƏRLƏR

İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul etdi

2021.10.29, 09:32
İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul etdi

Gunaz.tv

Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı.

Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlandı, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulandı.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar