SON XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq"

2022.03.07, 08:48
İlham Əliyev: "Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq"

Gunaz.tv

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq", - deyə məktubda vurğulanıb.

Dövlət başçısı həmçinin Avropa İttifaqı ilə münasibətlərdən də bəhs edib.

"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik", - deyə, İlham Əliyev bildirib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar