SON XƏBƏRLƏR

“İlham Əliyevə “Azərbaycan xalqının ümumilli qəhrəmanı” adı verilsin” - Təklif

2021.11.23, 08:42
“İlham Əliyevə “Azərbaycan xalqının ümumilli qəhrəmanı” adı verilsin” - Təklif

Gunaz.tv

Və 30 il ərzində işğal altında qalmış torpaqlarımız düşmən tapdağından azad olundu.

Azərbaycan Prezidenti İlham Əliyev bu Qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. İndi dünyanın böyük dövlətləri Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmalı olurlar.

ramaldanov%20s.jpg

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Modern.az saytına deyib ki, Azərbaycanda çoxları hələ İlham Əliyevin necə bir Zəfər qazandığını dərk etmir:

“Ali Baş Komandan İlham Əliyev özünün qurduğu müzəffər ordu ilə Azərbaycan tarixinə şanlı səhifə yazdı. 44 günlük Vətən müharibəsi düşmənə elə bir zərbə vurdu ki, onlar tarix boyu bunu unutmayacaqlar. 

Hələ tariximizdə belə qələbə qazanılmamışdı. Düşmən zəif deyildi, pis silahlanmamışdı. Onun müdafiə sistemi çox düşünülmüş şəkildə qurulmuşdu. Biz hansı düşmənə qalib gəldiyimizi anlamalıyıq. Bu qələbə bir günün, bir ilin işi deyil.

neriman%20hesenzade%201.jpg

Ali Baş Komandan 44 günlük Vətən müharibəsinin gedişində elə düzgün qərarlar verdi ki, nəticə zəfərə gətirib çıxardı. Cənab İlham Əliyev xalq, cəmiyyət, tarix, ordu qarşısındakı məsuliyyətini çox yaxşı başa düşürdü. Mən deyim ki, Prezidentin atdığı addımlar, qəbul etdiyi qərarlar, verdiyi müsahibələrin hamısı bir-birini tamamlayırdı. 

Onun müsahibələrdən bəlli olurdu ki, bütün qərarları əminliklə verir.

Tofiq%20Zulfugarov%201.jpg
Vətən müharibəsinə qədər ölkədə irimiqyaslı hərbi təlimlər keçirilmişdi. Çoxlu vəsait tələb etməsinə baxmayaraq, Prezident orduya bu şəraiti yaradırdı. Biz indi anlayırıq ki, həmin təlimləri keçirməkdə məqsəd nə imiş.

Prezidentin atdığı addımların hər biri dəqiqliklə hesablanmışdı. Düşmən bizi başqa yerdə gözləyirdi, planını öz hesabına görə qururdu. Prezidentimiz isə bunu bildiyindən başqa taktikalarla düşməni öz tələsinə salırdı. 

Biz hazırda qələbə sevincini yaşayırıq, amma hələ onu tam dərk etməmişik. Ali Baş Komandanın müdrikliyini bəlkə də gələcək nəsillər daha yaxşı anlayacaq”.

Xalq şairi Nəriman Həsənzadə İlham Əliyevin müdrikliyini öz yazdığı şeirlə vəsf etdiyini vurğulayıb:

“Mənim İlham Əliyevə həsr etdiyim bir şeirim var. Orada deyilir:

Cənab Ali Baş Komandan halaldı sizə

Millət, Vətən qarşısında oğul haqqınız.

44 günü siz yazdınız tariximizə

Günəş kimi dünyada doğacaqsınız...

300 il boyunca - Şah İsmayıl Xətaidən ta bu günə kimi torpaqlarımızı itirə-itirə gəlmişik. Ancaq cənab İlham Əliyevin sərkərdəliyi ilə uzun illərdir işğal altında qalan torpaqlarımızı azad etdik. Mən hər iki Qarabağ müharibəsinin şahidiyəm.  

İlham Əliyev nəinki torpaqlarımızı azad edib, eyni zamanda bununla Azərbaycanda intibah dövrü başladıb. İndi biz qalib gəlmiş xalq kimi alnıaçıq, üzüağ, başıdik danışırıq. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, şanlı tarix hələ də yazılmaqda davam edir:

“Uğurulu tariximiz yazılmaqda davam edir. Təbii ki, bu zəfərin sərkərdəsi müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Hesab edirəm ki, bu qələbədə təkcə hərbi nailiyyət yox, eyni zamanda güclü diplomatik addımlar var. Məhz diplomatik hazırlıq qələbəyə gedən yolu açmağa kömək edir ki, bu da hərbi zəfərdən geri qalmır. 

Zəfər gedən yolda atılan addımları İlham Əliyev tam dəqiqliklə düşünüb atırdı. Nəticədə Ali Baş Komandanın sayəsində ölkəmiz qalib dövlətə çevrildi”.

cebi%20behramov%202.jpg
Tarixçi alim Cəbi Bəhrəmov deyib ki, İlham Əliyev Azərbaycanın ümumilli qəhrəmanı statusu daşıyır və o, bunu rəsmilləşdirməyi təklif edib:

“Mən cənab Prezidenti bir kəlmə ilə ifadə edə bilərəm: İlham Əliyev Azərbaycan xalqının ümumilli qəhrəmanıdır. Azərbaycan xalqı üçün ən ağır məsələ olan ərazi bütövlüyünün bərpasını həll edən Ali Baş Komandan İlham Əliyev adını tarixə qalib sərkərdə kimi yazdı.

Mən təklif edirəm ki, bu səbəbdən İlham Əliyevə “Azərbaycan xalqının ümumilli qəhrəmanı” adı verilsin. İlham Əliyev ulu öndər Heydər Əliyevin qurduğu siyasəti çox uğurla davam etdirərək, güclü iqtisadi potensiala malik bir dövlət qurdu, güclü ordu yaratdı. 

Nəticədə 150 il ərzində həyata keçirilən düşmən siyasəti iflasa uğradı”. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar