SON XƏBƏRLƏR

"Ukrayna hökumətini xalq seçməyib"-Xamneyi Rusiyanın işğalçı siyasətinə dəstək verdi

2022.03.02, 06:21
"Ukrayna hökumətini xalq seçməyib"-Xamneyi Rusiyanın işğalçı siyasətinə dəstək verdi

Gunaz.tv

iran lideri problemin qaynağının Amerika olduğunu iddia edib.

Amerikanı "modern cahilliyin və mafiya rejiminin bariz nümunəsi" adlandıran Xamneyi bildirib ki, bu ölkə böhran yaradan və böhranla yaşayan dövlətdir.

“Bu gün Ukrayna Amerikanın böhran yaratma siyasətlərinin qurbanına çevrilib. Amerika bu ölkədə müxtəlif qurumlar yaradıb, məxməli inqilablar yola salıb və dövlət çevrilişi edərək Ukraynanı bu günkü duruma gətirib çıxarıb”-deyə, Xamneyi bildirib.

Əli Xamneyi iddia edib ki, Əfqanistanın keçmiş prezidenti ilə Ukrayna liderini müqayisə edib. O, Əfqanistanda olduğu kimi Ukraynada da hökuməti xalqın seçmədiyini iddia edib.

“Xalq Ukrayna hökumətini dəstəkləsəydi belə durum yaranmazdı. Ancaq xalq hökuməti qəbul etmədiyi üçün ortaya çıxıb və ona dayaq durmur”-deyə, İranın dini rəhbəri Vladimir Zeleniskini ukraynalıların seçmədiyini deyib.

Qeyd edək ki, son günlər başda Əli Xamneyi olmaqla İran rəhbərləri, o cümlədən prezident İbrahim Rəisi  İran Ukraynadakı mövcud vəziyyətəmünaisbət bildirib.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Fevralın 24-də İran xarici işlər naziri  Hüseyn Əmir Abdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar