SON XƏBƏRLƏR

"Rusiya və Çin İran xalqının əsl dostlarıdırlar"-Əli Xameneyinin müşaviri

2022.07.23, 09:50
"Rusiya və Çin İran xalqının əsl dostlarıdırlar"-Əli Xameneyinin müşaviri

Gunaz.tv

Vilayəti Rusiyanın keçmiş Sovetlər Birliyi zamanındakı kimi olmadığını, Çinin isə keçmişdəki kimi kobud siyasət yürütmədiyini söyləyib.

"Amerika və onun müttəfiqləri həmişə İranla düşmən olublar, ancaq Rusiya tarix boyu bizə kömək edib, sağlam düşüncə həmişə dostumuz olan ölkə tərəfində olmağımızı diktə edir"-deyə, Vilayəti bildirib.

O, keçmiş Sovetlər Birliyinin rəhbərliyinin allahsız olduqlarını, ancaq Vladimir Putinin onlardan fərqli olaraq mənəviyyatlı şəxsiyyət olduğunu iddia edib.

"NATO qüvvələri Rusiya qüvvələrindən əvvəl müharibəyə hazır idilər və ilk addımda Krıma hücum edərək bu bölgəni Ukraynaya qaytarmaq, sonra isə Ukraynanın NATO-ya üzv olması ilə Şərqi Avropada Rusiyanı zəiflətmək prosesini tamamlamaq istəyirdilər.

Ancaq bu məsələdə Rusiyanın təşəbbüsü nəinki NATO və Amerikanı növbəti addımlarının Rusiya üçün atılmamasına, hətta Avropa və Amerikanın enerji təchizatı deyilən problemə qapılmasına səbəb oldu"-deyə, Əliəkbər Vilayəti Əli Xameneyinin Putinlə görüşündə dediyi fikirləri təkrar edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar