SON XƏBƏRLƏR

Əli Xameneyinin bacısı oğlu da ona qarşı çıxdı

2022.12.09, 12:12
Əli Xameneyinin bacısı oğlu da ona qarşı çıxdı

Gunaz.tv

Mahmud Muradxani anasının bəyanatının İranda başqa din xadimlərini də danışmağa və hakim vəziyyətdən narazılıqlarını bildirmək üçün cəsarətləndirməyə hesablanıb.

Fransada yaşayan Muradxani anasının açıqlamasının yayılmasının səbəblərindən birini xalq hərəkatları və etirazlarını dəstəkləmək hesab edib və bir neçə onillik fəaliyyət nəticəsində İran hakimiyyətinin mahiyyəti barədə insanların daha çox məlumatlı olmasına görə sevindiyini bildirib.

O, yalnız Əli Xameneyiyə deyil ümumiyyətlə hakimiyyətin bütünlüyünü qəbul etmədiklərini və dini hakimiyyətə qarşı olduqlarını söyləyib.

Bir neçə gün əvvəl Əli Xameneyinin bacısı Bədri Hüseyni Xameneyi bəyanat yayaraq İran rəhbərini tənqid edib və onu diktatorluqda günahlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar