Əli Əkbər Salehi: “Nətənz nüvə təsisatında baş verən hadisə haqqında müxtəlif ssenarilər var”

2020-07-05 23:14

İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi iyulun 5-də ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının iclasında çıxış edərək, bir neçə gün əvvəl Nətənz nüvə təsisatında baş vermiş yanğından danışıb.

Gunaz.tv Quote | Gunaz article


Nüvə təsisatında baş vermiş olayla bağlı araşdırma aparıldığını deyən Əli Əkbər Salehi deyib ki, aparılan araşdırmaların qəti nəticələri yaxın zamanlarda ölkə ictimaiyyətinə açıqlanacaq: “Ölkənin Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, Nətənz təsisatında baş verən hadisə barəsində aparılan araşdırmaların ilkin nəticələri bəzi təhlükəsizlik məsələlərinə görə bu günə qədər elan edilməyib.


Nətənz təsisatında baş vermiş hadisə ilə bağlı müxtəlif ssenarilər mövcuddur və bu məsələ hazırda araşdırılır. Lakin güman edirəm ki, araşdırmaların yekun nəticələri yaxın zamanlarda elan ediləcək” -deyə, İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi əlavə edib.


İran Ali Milli Təhlükəsizlik iyulun 3-də bəyanat yayaraq bildirib ki, Nətənz nüvə təsisatında baş vermiş hadisənin səbəbi artıq bəlli olub, lakin bəzi təhlükəsizlik mülahizələrini nəzərə alaraq, nəticələr hələlik ictimaiyyətə açıqlanmayacaq. 


Bəzi iranlı rəsmilər isə, Nətənz təsisatında “təxribat” törədildiyini və mərkəzin İsrailin kiber hücumuna məruz qaldığını bildirirlər. 


Xatırladaq ki, iyulun 2-si sübh saatlarında İranın İsfahan şəhərinin yaxınlığında yerləşən Nətənz nüvə təsisatında bir neçə partlayışın ardınca yanğın baş verib. 


İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi mediaya açıqlamasında hadisədə insan tələfatının olmadığını və ətraf mühitə hər hansı bir radioaktiv yayılma təhlükəsinin olmadığını bildirib.


İran rejimi Nətənz nüvə təsisatında baş vermiş olayın mahiyyətini və onun detallarını açıqlamaqdan boyun qaçırsa da, İranın bir sıra siyasi dairələrində və sosial şəbəkələrdə Nətənz təsisatında baş vermiş partlaış və yanğının arxasında İsrailin durduğu barədə fikirlər səsləndirilir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

2021-06-23

gun az article

Mais Bərxudarov yeni hərbi hissənin açılışında

2021-06-23

gun az article

Azərbaycan UNESCO-ya müraciət edib

2021-06-23

gun az article

Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açıb

2021-06-23

gun az article

İranda neftçilərin etiraz aksiyası: Tətil hərəkatı genişlənir- VİDEO

2021-06-23

gun az article

“Abbas Əraqçiyə tam səlahiyyət verilsə, sansiyaları aradan qaldıra bilər”- Həsən Ruhani Vyana prosesindən danışdı

2021-06-23

gun az article

İran TIR-ları Xankəndinə yük daşıyır-FOTO

2021-06-23

gun az article

Çavuşoğlu Almaniya XİN başçısı ilə görüşüb

2021-06-23

gun az article

Prezident İlham Əliyev BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib

2021-06-23

gun az article

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə edib

2021-06-23

gun az article

Səudiyyə Ərəbistanı: “İbrahim Rəisi barədəki mövqeyimiz onun davranışından asılıdır”

2021-06-23

gun az article

Qarabağda nə baş verir? –“Arayikə qarşı üçüncü qüvvə ortaya çıxıb”-Politoloq

2021-06-23

gun az article

İsrail ordusunun qərargah rəisindən Amerikaya İranla bağlı xəbərdarlıq

2021-06-23

gun az article

“Taliban” Əfqanıstana nəzarəti ələ keçirir, prezident ABŞ-a gedir

2021-06-23

gun az article

Azərbaycan Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina edib

2021-06-23

gun az article

Putin Qarabağdan danışdı

2021-06-23

gun az article

Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayıb

2021-06-23

gun az article

Hərbi Dəniz Qüvvələri tərəfindən taktiki təlimlərin ikinci mərhələsinə start verilib

2021-06-23

gun az article

Arayik Rusiya sülhməramlılarını və İrəvanı ifşa etdi: Qarabağda cəmi 35 min erməni var!

2021-06-23

gun az article

ABŞ İranın internet portallarını blokladı

2021-06-23