SON XƏBƏRLƏR

Əli Şəmxani: “Bizim sarsıdıcı cavabımız İsrailə trilyonlarla dollar ziyan vuracaq”

2021.10.24, 22:11
Əli Şəmxani: “Bizim sarsıdıcı cavabımız İsrailə trilyonlarla dollar ziyan vuracaq”

Gunaz.tv

Ə.Şamxani İsrail ordusunun İrana qarşı mümkün hücuma hazırlaşması üçün 1,5 milyard dollar büdcə ayrılması ilə bağlı yayılan xəbərə reaksiya verib.

O deyib ki, İranın hər hansı bir hücuma qarşı kəskin və sarsıdıcı cavabı İsrailə onlarla trilyon dollar ziyan vuracaq.

“Sionist rejimi İrana qarşı şər addımlar atmaq əvəzinə yaxşısı budur ki, İranın kəskin və sarsıdıcı cavabından sonra bu ölkəyə dəyəcək ziyanı aradan qaldırmaq üçün onlarla trilyon dollar büdcəni təmin etmək haqqında düşünsün”, -deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani “Twitter” hesabında etdiyi paylaşımında bildirib.

Xatırladaq ki, İranın nüvə təsisatlarına qarşı mümkün hücum üçün İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilib.

Bu barədə İsrailin “Şəbəkə 12” telekanalı oktyabrın 18-də məlumat yayıb.

İsrail telekanalının yaydığı məlumata əsasən, təsdiq edilən 1,5 milyard dollarlıq büdcə vəsaiti İranın möhkəm yeraltı nüvə mərkəzlərinə qarşı keçiriləcək hücumda istifadə ediləcək hərbi təyyarələrin, pilotsuz uçan aparatların, digər ağır silah-sursatın alınmasına və ya hazırlanmasına və hücum planına uyğun olaraq lazımi məlumatların toplanılmasına sərf ediləcək.  

Qeyd edək ki, son illər İsrail ordusu Suriyada SEPAH-çılara və İranın dəstəklədiyi muzdlu yarımhərbi qüvvələrə qarşı yüzlərlə dəfə hücum etsə də, İran nəinki həmin hücumlara cavab verməyib, hətta İsrailə qarşı bircə güllə belə atmayıb.

İran rəsmilənin isə həmişə İsrail ordusunun çoxsaylı hücumlarına qarşı cavabı, yalnız boş-boş təhdid xarakterli bəyanatlar səsləndirmək olub. 

A.M

 

 

 

 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar