SON XƏBƏRLƏR

Libinin xarici işlər naziri qaçıb

2021.10.20, 07:36
Libinin xarici işlər naziri qaçıb

Gunaz.tv

GünAz TV: Liviya (Libi) xarici işlər naziri Musa Kusa Böyük Britaniyaya qaçıb.

 

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Musa Kusa Liviya hökuməti ilə əlaqələri kəsdiyini bəyan edib.

 

Məlumatı Britaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də təsdiq edib. O, Musa Kusanın Birləşmiş Krallığa Tunisdən gəldiyini və postunu tərk etdiyini bildirib: “O, artıq Liviyanın hakim rejimini təmsil etmək istəmir”.

 

Bəzi məlumatlara görə, keçmiş xarici işlər naziri rəsmi Londondan siyasi sığınacaq istəyib. Amma Britaniya XİN-in nümayəndəsi bu məlumatı şərh etməyib.

 

Qeyd edək ki, Musa Kusa 1994-2009-cu illərdə Liviya kəşfiyyatının rəhbəri olub. 2009-cu ildə isə xarici işlər naziri təyin edilib. O, Liviyanın Qərblə münasibətlərinin yaxşılaşmasının memarlarından biri sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar