SON XƏBƏRLƏR

NATO liderləri Ukraynaya yeni silah tədarükü ilə bağlı razılığa gəliblər

2022.03.25, 09:33
NATO liderləri Ukraynaya yeni silah tədarükü ilə bağlı razılığa gəliblər

Gunaz.tv

Bu barədə “The Guardian” məlumat yayıb.

Üç saat davam edən görüşdə 30 ölkənin hökumət başçıları Rusiyanı münaqişənin Avropada daha geniş müharibəyə gətirib çıxaracağı həddə qədər təhrik etmədən silah tədarükünü necə modernləşdirə və artıra biləcəklərini müzakirə ediblər.

“Mən dəqiq olaraq hansı sistemləri yerləşdirdiyimizlə bağlı təfərrüatı açıqlamayacam. Bircə onu deyə bilərəm ki, müttəfiqlər Ukraynanı silahla təmin etmək üçün əllərindən gələni edirlər”,- deyə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Ukraynaya maskalar, qoruyucu kostyumlar, aşkarlama alətləri və digər avadanlıqlar da NATO üzvləri tərəfindən veriləcək. NATO hesab edir ki, Rusiya kimyəvi silahdan istifadə etmək üçün bəhanə axtarır. (apa)


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar