SON XƏBƏRLƏR

Lindsey Qraham: “İran Orta Şərqin xərçəngidir”

2021.10.20, 07:36
Lindsey Qraham: “İran Orta Şərqin xərçəngidir”

Gunaz.tv

GünazTV: Amerikanın Respublikaçılar Partiyasından olan senator Lindsey Graham fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, İranın region ölkələrində yaşanan böhranlardakı rolundan danışıb.

 

Öz çıxışında İran İslam Respublikasını “Orta Şərqin xərçəngi” adlandıran Qraham deyib ki, regionun müxtəlif ölkələrində yaşanan böhran və qanlı qarşıdurmaların kökü İranın hazırkı rejiminə gedib çıxır: “İran Orta Şərqin xərçəngi sayılır. Bu gün Livanda, Suriya və İraqda yaşanan böhranların həlli İranın bu məntəqədən uzaqlaşdırılmasından və Tehranın həmin böhranların yaranmasındakı rolunun qarşısının alınmasından asılıdır.

 

Təəssüflər olsun ki, bu gün regionda baş verən bütün problemlərin arxasında birbaşa İran rejimi dayanır. İranın İraqda, Suriyada, eləcə də Yəməndə və Livanda böhrana səbəb olan oynadığı təxribat xarakterli rolu inkaredilməzdir. Bunun isə hesab edirəm ki, qarşısı alınmalıdır” -deyə, Amerikanın respublikaçı senatoru Lindsey Qraham, Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar