SON XƏBƏRLƏR

Blinken: “Biz İrana zəmanət verə bilmərik”

2022.01.20, 10:52
Blinken: “Biz İrana zəmanət verə bilmərik”

Gunaz.tv

 O deyib ki, İran tərəfi Amerikanın nüvə razılaşmasından bir daha çıxmayacağı barədə zəmanət verilməsini tələb edib.

“Lakin biz İranın istədiyi bu zəmanəti verə bilmrik. Daha doğrusu, Amerikanın siyasi struktur və sistemini nəzərə alaraq, Bayden hökuməti bu barədə dərhal və qəti şəkildə zəmanət verə bilməz.

ABŞ prezidenti Co Bayden dəfələrlə əminliklə bildirib ki, o, prezident vəzifəsini daşıdığı müddətdə nüvə razılaşmasına (“Bərcam”a) sadiq qalacaq, lakin o həm də bəyan edib ki, belə bir öhdəlik gələcək ABŞ hökumətləri tərəfindən verilə bilməz.

Bir daha bildiririk ki, hazırda problemin həlli üçün ən yaxşıseçim tərəflərin nüvə razılaşması çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtmaqdır.

Lakin unutmaq olmaz ki, İran həmin nüvə texnologiya və qabiliyyətlərinə yiyələnməyə çalışıb. əqiqət isə budur ki, hətta əgər 2015-ci ildə imzalanmış nüvə razılaşması canlandırılsa belə, bu razılaşmanın faydaları heç vaxt əvvəlki kimi olmayacaq”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib. 

3FC84E56-10D6-481E-80D2-BB8C09115B43_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar