SON XƏBƏRLƏR

Blinkendən xəbərdarlıq: “İranla razılaşmaq üçün vaxt çox-çox qısalıb”

2021.12.22, 09:45
Blinkendən xəbərdarlıq: “İranla razılaşmaq üçün vaxt çox-çox qısalıb”

Gunaz.tv

O deyib ki, İranın nüvə proqramı ilə bağlı ixtilafların diplomatik yolla həll olunması ilə bağlı ümidlər əldən getməkdədir.

“İranla yeni nüvə razılaşması əkdə etmək üçün vaxt çox-çox qısalıb və ümid qapıları bağlanmaqdadır. Bel olan halda isə hazırda Vaşinqton İrana qarşı digər variant və seçimləri nəzərdən keçirir.

Vaxt həddən artıq daralıb, mən isə hesab edirəm ki, yeni bir razılaşmanın əldə olunması üçün çox az bir vaxt və fürsət qalıb.

Biz isə İranın Vyana danışıqlarını müxtəlif bəhanələrlə uzatmaqla və müzakirələrə dekonstruktiv yanaşmaqla öz nüvə proqramını inkişaf etdirməsinə imkan verməyəcəyik”, -deyə Amerika Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar