SON XƏBƏRLƏR

Güneyli fəal Əlirza Fərşi aclıq aksiyasını dayandırıb

2021.12.15, 12:34
Güneyli fəal Əlirza Fərşi aclıq aksiyasını dayandırıb

Gunaz.tv

O, aclıq aksiyasından öncə yaydığı bəyanatda 21 Azər hərəkatının ildönümündə İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına, Urmu gölünün qurudulmasına, Azərbaycan mədənlərinin talanmasına və xalqın ağır məişət problemlərinin həll olunmamasına etiraz etdiyini bildirib.

“İranda Azərbaycan, Qaşqay, Xorasan və xələc türklərinin, türkmənlərin, eyni zamanda ərəb, bəluç, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyin etmə, ana dilində təhsil, iqtisadi-ictimai və başqa hüquqlarından məhrum edilmələrinə etiraz olaraq 3 günlük aclıq aksiyasına başlayıram”-deyə, siyasi məhbus yaydığı bəyanatda yazıb.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın "Fəşafuyə" zindanında iki illik həbs cəzasını çəkməkdədir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar