SON XƏBƏRLƏR

Liviya rəsmən Türkiyədən hərbi yardım istədi

2021.10.20, 07:36
Liviya rəsmən Türkiyədən hərbi yardım istədi

Gunaz.tv

GünAz TV: Liviya Milli Razılıq Hökuməti keçmiş general Xəlifə Həftara tabe qüvvələrin paytaxtda başladığı hücumların qarşısını almaq üçün rəsmi şəkildə Türkiyədən hərbi yardım istəyib.

 

Bu barədə “Röyters” məlumat yayıb. Məlumatda Liviyanın Türkiyədən quru, hava və dəniz yolu ilə üç istiqamətdə hərbi dəstək üçün müraciət etdiyi bildirilir.

 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi yardım göndərməklə bağlı daha əvvəlki açıqlamasında “Biz dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik” söyləmişdi. “Qafqazinfo”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar