SON XƏBƏRLƏR

Almaniya bu ölkənin daha bir vətəndaşının İranda həbsdə olduğunu bildirib

2022.08.26, 09:35
Almaniya bu ölkənin daha bir vətəndaşının İranda həbsdə olduğunu bildirib

Gunaz.tv

Almaniya Xarici İşlər Nazirliyi İran hökumətinin daha bir Almaniya vətəndaşını saxlayıb həbs etdiyini təsdiqləyib.

"Radio farda"-nın məlumatına görə, 66 yaşlı Arvid Qarne adlı alman bir aydan artıqdır ki, İranda həbsdədir. Qrenenin "qadağan olunmuş ərazilərin şəkillərini çəkməkdə" ittiham olunduğu ehtimal edilir.

Əldə edilən məlumatlar göstərir ki, Arvid Qarne İrana səfəri zamanı motosikletlə müxtəlif şəhərlərə, o cümlədən Tehran və Təbrizə gedib.

Məlumatda Alman vətəndaşının təxminən 40 gündür Kaşan yaxınlığında yerləşən "Aran" və "Bidqol" zindanında saxlanıldığı, bu müddətin yarısını təkadamlıq kamerada olduğu bildirilir.

Alman vətəndaşının həbsi ilə bağlı İran məhkəmə sistemi və mediası bu günə kimi hər hansı açıqlama verməyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar