SON XƏBƏRLƏR

Almaniya Prezidenti Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəkləyir

2023.01.13, 21:13
Almaniya Prezidenti Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəkləyir

Gunaz.tv

Bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar