SON XƏBƏRLƏR

Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək

2022.06.29, 05:22
Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək

Gunaz.tv

Bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrextlə niderlandlı həmkarı Kaisa Ollonqren arasında NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində keçirilən görüşdə müzakirə aparılıb.

Bundan əvvəl “Bild” qəzeti yazıb ki, Berlinin Kiyevə təhvil verdiyi “Panzerhaubitze 2000” haubitsaları Ukraynanın şərqindəki əməliyyatlarda istifadə edilib.

İyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Almaniyadan “Ukraynanın təlim keçmiş ekipajları olan” “Panzerhaubitze 2000” özüyeriyən haubitsalarını aldığını açıqlayıb. Eyni zamanda o, bildirib ki, bu, artıq Kiyevin aldığı 155 kalibrli artilleriyanın altıncı növüdür.

"Panzerhaubitze 2000" haubitsalarının atəş sürəti standart döyüş sursatları ilə 30-35 km, raket mərmiləri ilə isə 50-60 km hədəfi nişan ala bilir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar