SON XƏBƏRLƏR

Almaniyada SEPAH-ın "qara siyahı"ya salınması ilə bağlı müraciətlər artır

2023.01.04, 12:25
Almaniyada SEPAH-ın "qara siyahı"ya salınması ilə bağlı müraciətlər artır

Gunaz.tv

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terrorçu qruplaşmalar siyahısına salınması o deməkdir ki, gələcəkdə istənilən ünsiyyət, dəstək, toplantılarda iştirak və ictimai yerlərdə bu hərbi təşkilatın loqosunun əks olunduğu bayrağın qaldırılması cinayət sayılacaq.

Britaniya parlamenti bu ölkənin hökumətindən SEPAH-ı terrorçu qruplar siyahısına daxil etməyi tələb etdikdən sonra Almaniyadakı bir qrup siyasi fəal da öz ölkələrinin parlamentinə bu hərbi quruma qarşı oxşar addım atmaq üçün müraciətlər edib.

Bu tələblər Britaniya hökumətinin yaxın gələcəkdə İİKK-nı terror təşkilatları siyahısına salmağı planlaşdırdığına dair xəbərlərdən sonra irəli sürülür.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar