SON XƏBƏRLƏR

Almaniyada İrana bağlı narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib

2022.09.10, 05:12
Almaniyada İrana bağlı narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib

Gunaz.tv

Reuters-in məlumatına görə, prokurorlar sentyabrın 8-i elan ediblər ki, polis bu qaçaqmalçı dəstəyə qarşı apardığı əməliyyat zamanı təxminən 700 kiloqram heroin müsadirə edib və bu, bu günə kimi Almaniyada aşkar edilmiş ən böyük heroindir.

Narkotik maddələr avqustun sonunda Almaniyanın Hamburq limanında  ələ keçirilib. Dörd şübhəli şəxs də Almaniya və Hollandiyanın bir neçə şəhərində on evdə axtarış apardıqdan sonra saxlanılıb.

Polisin onların sənədlərini, noutbuklarını, smartfonlarını, kompüter məlumat saxlama cihazlarını və avtomobillərini müsadirə etdiyi bildirilir.

Saxlanılan şəxslərdən birinin iranlı olması və cinayətkar dəstənin İranla əlaqəli olması barədə məlumat verilməsinə baxmayaraq, onların adları açıqlanmayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar