SON XƏBƏRLƏR

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

2021.11.22, 13:09
Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, Almaniya səfirinin İran Xarici İşlər Nairliyinə çağırılması bu ölkənin Hamburq şəhərindəki konsulluğuna qarşı edilən hücumla bağlı olub.

“Almaniya polisi deyir ki, hücumla bağlı iki Rumıniya vətəndaşını saxlayıb və az sonra onları sərbəst buraxıb. Biz isə Hamburqdakı konsulluğumuza edilən hücumu poisləyir, məsələnin araşdırılmasını tələb edirik. 

Konsulluğumuzun binasına qarşı hücum məhdud şəkildə olub. Almaniya hökuməti isə hazırda özünün Tehrandakı səfiri vasitəsilə bizim məsələ ilə bağlı mövqeyimizi öyrənir və məsələnin araşdırıldığını bildirir. 

Biz Xarici İşlər Nazirliyinə baş vermiş hücuma görə, Almaniya səfirinə öz etirazımızı bildirmişik. Hesab edirik ki, konsulluğumuza qarşı həyata keçirilən hücum Vyana Konvensiyasına zidd addımdır və Almaniya hökuməti bu məsələni araşdırmalıdır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xatırladaq ki, noyabrın 20-si axşam saat 20:00-da İranın Hamburg şəhərindəki konsulluq binasına hücum olub. 

Naməlum iki şəxs İran konsulluğuna "Molotov kokteyli" ataraq hadisə yerindən qaçıblar. Hadisə nəticəsində İranın konsulluq binasında yanğın baş verib, binaya xəsarət yetirilib.
Almaniya polisi iki Rumıniya vətəndaşını şübhəli qismində saxladığını və onları dindirdikdən sonra müvəqqəti olaraq sərbəst buraxdığını bildirib.

حمله با کوکتل مولوتوف» به ساختمان کنسولگری ایران در هامبورگ

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar