SON XƏBƏRLƏR

Almaniyanın xarici işlər naziri İranda cinayətlərin cəzasız qalmayacağını deyib

2022.11.16, 09:57
Almaniyanın xarici işlər naziri İranda cinayətlərin cəzasız qalmayacağını deyib

Gunaz.tv

İran hökumətinin etirazçılara qarşı cinayətlərini araşdırmaq üçün BMT-nin İnsan Haqları Şurasının növbədənkənar iclası keçirildiyinə toxunan Analena Berbuk İran hökumətinin əməllərinə məsuliyyət daşıdığını yazıb.

Almaniyanın xarici işlər naziri noyabrın 15-də Berlində bütün dünyada ölüm hökmünü qanunsuz elan etmək məqsədilə keçirilən iclasda İranı da müxalifəti susdurmaq üçün edam cəzasından istifadə edən ölkələr sırasında adlandırıb.

İranda "insan haqlarının vəziyyətinin pisləşməsini" araşdırmaq üçün noyabrın 24-də BMT-nin İnsan Haqları Şurasının fövqəladə sessiyasının keçirilməsi planlaşdırılır.

Bu qərar insan haqları təşkilatlarının məlumatına görə,  İranda təhlükəsizlik qüvvələri tərəfindən azı 330 etirazçının öldürüldüyü səkkiz həftədən çox davam edən etirazlardan sonra qəbul edilib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar